Avroliqanın II təsnifat mərhələsində mübarizəyə başlayacaq “Neftçi” iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin heyətindəki 23 futbolçudan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi və 3-ü hücumçudur.
Qapıçılar - 1. Emil Balayev, 12. Pavel Doroşev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər - 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov;
Yarımmüdafiəçilər - 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 9. Flavinyo, 10. Culius Vobay, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 18. Kaue Sesilyo, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehtiyev;
Hücumçular - 23. Ruslan Qurbanov, 29. Cavid Muxtarzadə, 90. Ernest Nfor
Qeyd edək ki, “Neftçi” iyulun 17-də “Çelik” (Monteneqro) – “Koper” (Sloveniya) cütlüyünün qalibini Bakıda qəbul edəcək. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.