“Neftçi” Rumıniya klubu ilə qarşılaşacaq
05.01.2015 - 11:22
“Neftçi” Rumıniya klubu ilə qarşılaşacaq

“Neftçi”nin Türkiyə toplanışındakı son rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 11-dən Antalyada hazırlıq keçəcək paytaxt təmsilçisinin 6 yoxlama oyunundan sonuncusunda Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq.

 

Ötən mövsüm öz ölkəsində 3-cü olan komanda ilə matç yanvarın 23-də keçiriləcək. Bu görüş də digər 5 yoxlama oyunu kimi Mardan İdman Kompleksinin stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, "Neftçi" yanvarın 14-də "Hajer" (Səudiyyə Ərəbistanı), 17-də "Fulad"  (İran), 20-də "Quijou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-dəki ilk oyunda isə "Dinamo"nun (Moskva, Rusiya) U-23 komandası ilə görüşəcək.

 

Mənbə: neftchipfk.com