“Neftçi” Serbiyaya nə vaxt gedir?
18.08.2014 - 14:47
Ölkəmizi Avroliqanın pley-off mərhələsində təmsil edəcək “Neftçi”nin Serbiyaya yola düşəcəyi vaxta aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” bu gün axşam saatlarında klubun bazasında bir araya gələcək.
Saat 04:30-da isə komanda Serbiyanın paytaxtı Belqrada yola düşəcək. “Neftçi”nin marşrut qrafiki isə Bakı – İstanbul – Belqrad reysi üzrə olacaq. Komanda artıq sabah Serbiyada ilk məşqinə çıxacaq.
Qeyd edək ki, “Neftçi” avqustun 20-də Serbiya çempionu “Partizan”ın qonağı olacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
0
0