“Anderlext” III Qəbələ Kubokunda qalib gəldi - YENİLƏNİB
01.06.2014 - 18:50
“Anderlext” III Qəbələ Kubokunda qalib gəldi - YENİLƏNİB

15 yaşadək futbolçular arasında keçirilən III Qəbələ Kubokunda bu gün son oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən əvvəlcə “Neftçi” turnirin sonuncusu olmamaq üçün Moskva “Lokomotiv”i ilə mübarizə aparıb.

 

Amma bu oyunda da məğlub olan "Neftçi" turniri sonuncu pillədə başa vurub. Beşinci yer uğrunda görüşdə "Udineze" "Liverpul"a penaltilər seriyasında qalib gəlib.

 

Saat 15:00-da isə meydan sahibləri bu turnirin tarixində ilk dəfə bürünc medallar üçün oyuna çıxıb. Rəqib Vyana “Rapidi” olub. "Qəbələ" 3:0 hesabı ilə məğlub olaraq, dördüncü yerlə kifayətlənmək məcburiyyətində qalıb.

 

Finalda “Anderlext”lə “Fənərbaxça” görüşüb. Daha yaxşı oynayan “Anderlext” “Sarı bülbüllər” üzərindı 1:0 hesaə qələbə çalaraq, turnirin qalibi olub. Saat 20:00-da isə turnirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

 

01 iyun

 

"Neftçi" - "Lokomotiv" (7-ci yer uğrunda) - 0:1
Qol:
Mixail Ageyev (pen.)

 

"Liverpul" - "Udineze" (5-ci yer uğrunda) - 1:1 
Qollar:
Cekson Mkkeve - Daniele Pierre

Penaltilər: 5:6

 

"Qəbələ" - "Rapid" (3-cü yer uğrunda) - 0:3

Qollar: Endi Alvanits, 22; Feliks Höpler, 26; Kevin Pfaff, 60

 

"Anderlext" - "Fənərbaxça" (FİNAL) - 1:0

Qol: Albert-Mboyo Sambi Lokonqo, 51