“Neftçi” tilsimi qırmaq iddiasında, “Xəzər Lənkəran” liderə qarşı
07.03.2015 - 13:30
“Neftçi” tilsimi qırmaq iddiasında, “Xəzər Lənkəran” liderə qarşı

Sabah Topaz Premyer Liqasında XXV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun bütün oyunları eyni gündə keçiriləcək.

 

Turun mərkəzi görüşü “Neftçi” və “İnter” komandaları arasında baş tutacaq. Turnir cədvəlində qonşu olan paytaxt təmsilçilərinin budəfəki duelinə də maraq böyükdü. “İnter” qış fasiləsindən sonra çempionatda 5 oyun keçirib ki, onların 3-də qələbə qazanıb, 2-də heç-heçə edib. “Neftçi” isə Premyer Liqanın III dövrəsində 6 görüş keçirib. Arif Əsədovun komandası aktivinə 3 qələbə, 1 heç-heçə yazdırıb. İki matçda isə “Neftçi” meydanı məğlub tərk edib. Bu komandaların cari mövsümdə keçirdikləri oyunlarda üstünlük “bankirlər”in tərəfindədi. Belə ki, bir dəfə “Neftçi” ilə heç-heçə edən Kaxaber Sxadadzenin yetirmələri növbəti matçda qələbəyə seviniblər.

 

Autsayder “Bakı” bu tur AZAL-ın qonağı olacaq. Təbii ki, heyətini və potensialını nəzərə alsaq, matçın favoriti meydan sahibləridi. Ancaq unutmayaq ki, “Bakı” bu mövsüm AZAL üzərində sürpriz qələbə qazana bilib. “Təyyarəçilər” 4-cü yer uğrunda iddialarını davam etdirmək üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdılar.

 

Strategiyasını dəyişən və daha çox gənclərə üstünlük verən “Xəzər Lənkəran” lider “Qarabağ”ın sınağına çıxacaq. Keçən tur bu komandalar fərqli nəticəyə imza atıblar. “Qarabağ” gözlənilmədən öz meydanında “Qəbələ”yə uduzduğu halda, “Xəzər Lənkəran” “Bakı”ya qalib gələrək, qış fasiləsindən sonra ilk qələbəsini qazanıb. Maraqlıdı ki, “Qarabağ” və “Xəzər Lənkəran”ın bu mövsüm keçirdiyi hər iki qarşılaşma Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azarkeşlərin yenə bol qollu qarşılaşma izləyəcəyi istisna deyil.

 

Tura “Qəbələ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. Ötən tur “Qarabağ”a qalib gələn “Qəbələ” həftəiçi kubok görüşündə “Simurq”a böyük hesabla uduzub. “Sumqayıt” isə ötən tur “Neftçi”yə minimal hesabla məğlub olub. Turnir cədvəlindəki mövqeyini, heyətini və doğma meydan amilini nəzərə alsaq, qarşılaşmanın favoriti “Qəbələ”di. Ancaq “Sumqayıt”ı da heçə saymaq olmaz. Aqil Məmmədovun komandası “asan yem” olmadığını bu mövsüm dəfələrlə sübuta yetirib.

 

XXV tur

8 mart (bazar)

 

15:00. “Neftçi” – “İnter”

İlk 2 oyunun nəticəsi: 0:0, 1:2

AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


16:00. AZAL – “Bakı”

İlk 2 oyunun nəticəsi: 0:1, 3:1

AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
AZAL Arena

 

17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
İlk 2 oyunun nəticəsi: 3:2, 3:2

AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu

 

18:00. “Qəbələ” – “Sumqayıt”
İlk 2 oyunun nəticəsi: 3:1, 1:1

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

21

14

4

3

36-19

46

2

İnter

21

10

10

1

35-10

40

3

Neftçi

22

11

6

5

27-16

39

4

Simurq

22

8

5

9

31-26

29

5

Qəbələ  

22

7

7

8

26-31

28

6

AZAL 

21

6

7

8

22-29

25

7

Xəzər L 

21

6

5

10

26-30

23

8

Sumqayıt

21

4

5

10

20-29

19

9

Bakı

21

2

5

14

15-48

11

 

Bombardirlər: Nurlan Novruzov (“Bakı”) – 11 qol, Draqan Çeran (“”Simurq”) – 10 qol