“Neftçi” üçün çətin sədd
11.07.2014 - 13:00
“Neftçi” üçün çətin sədd

Avropa Liqasının II təsnifat mərhələsində Bajının “Neftçi” klubu Sloveniyanın “Koper” komandası ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin komandaları təmsilçilərimiz üçün uğursuz rəqiblərdir.

 

Belə ki, indiyədək heç bir klubumuz Sloveniya səddini adlamayıb. “Neftçi”yədək 4 dəfə bu çətin sədd qarşısında “ağ bayraq” qaldırılıb.

 

Paytaxt təmsilçisinin özü də 2 dəfə sloveniyalıların gücünə şahid olub. Bu 4 dueli əhatə edən 8 oyunda Azərbaycan klubları 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə uduzub. Futbolçularımızın 2 qoluna sloveniyalılar 13 dəfə cavab verib.

 

2000/01, UEFA kuboku

“Neftçi” – “HİT-Qoritsa” – 1:0, 1:3

2001/02, UEFA kuboku

“Neftçi” – “HİT-Qoritsa” – 0:0, 0:1

“Olimpiya” – “Şəfa” – 4:0, 3:0

2012/13, Avropa Liqası

“Bakı” – “Mura” – 0:0, 0:2