“Bu, “Neftçi”də ilk qolum idi. Vurduğum qol karyeramda ən önəmli xatirə kimi yaddaşımda qalacaq”. Bunu apasport.az saytına “Neftçi”nin hücumameyilli yarımmüdafiəçisi Samir Məsimov deyib.
18 yaşlı futbolçu dünən keçirilən ölkə kubokunun final görüşü olan “Qəbələ” – “Neftçi” matçının 52-ci dəqiqəsində hesabı açıb. Araz Abdullayevin zədəli olması fonunda “Neftçi”nin yarımmüdafiəsinin sağ cinahında çıxış edən gənc futbolçu görüşün ən fəallarından olub.
Məsimov qol vurduğuna görə, çox sevindiyini bildirib: “Biz çempionatda II-III yerləri əldən verdik və IV pilləni tutduq. Ancaq bizim üçün bu yerləri tutmaq prioritet deyildi. Əsas hədəfimiz ölkə kubokunu qazanmaq və bu il də “Neftçi”ni titulsuz qoymamaq idi. Şükürlər olsun ki, bunu bacardıq. “Neftçi”də ilk titulumu qazandım. İstəyirəm ki, azarkeşlərimizə də təşəkkür edim. Onlar bizi dəstəkləmək üçün stadiona gəlmişdilər”.
Qeyd edək ki, “Neftçi” Samir Məsimovu qış fasiləsində Moskva “Lokomotiv”indən heyətinə qatıb.
“Neftçi” üçün II-III yerləri tutmaq prioritet deyildi”
23.05.2014 - 09:39
0
0