“Neftçi” üçün rumıniyalı
29.07.2014 - 09:19
“Neftçi” üçün rumıniyalı

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı rumıniyalı ədalət təmsilçiləri idarə edəcək.

 

İyulun 31-də keçiriləcək görüşün baş hakimi Kristian Balay olacaq. “Bakcell Arena”dakı görüşdə ona həmyerliləri Sebastyan George, Ovidiu Artene və dördüncü hakim Katalin Sorin Popa olacaq.

 

Rusiyalı Vladilslav Xodeyev oyunun UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Matçın hakim inspektoru isə çexiyalı İrji Ulrix olacaq.

 

 

0