“Neftçi”nin Türkiyədə keçirəcəyi növbəti 2 yoxlama oyunundakı rəqiblərinin adına aydınlıq gəlib. Apasport.az saytının klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi növbəti hazırlıq matçını Ukrayna klubuna qarşı keçirəcək.
Rəqib Zaporojye “Metallurq”u olacaq. “Neftçi” Ukrayna Premyer Liqasının autsayder komandalarından olan rəqibi ilə sabah qarşılaşacaq.
“Ağ-qaralar”ın son yoxlama oyunu isə yanvarın 26-da baş tutacaq. Bu, Polşanın “Şlyonsk” klubu olacaq. 2012-ci ilin dekabrında “Neftçi”yə gələcəyi və ilinə 450 min avro alacağı deyilən Sebastyan Milya məhz Vrotslav klubunun kapitanıdır. Əslində “Neftçi”nin rəsmi saytı “Fənərbaxça” ilə oyundan sonra polşalılarla dünən qarşılaşacaqlarını yazsa da, görünür, “Tobol”la oyuna görə təqvimdə dəyişiklik olunub.
Qeyd edək ki, “Neftçi” qış toplanışı ərzində “Partizani” (2:0), “Fənərbaxça” (0:0) və “Tobol”la (4:2) yoxlama görüşləri keçirib.