[b]“Neftçi” və “Qarabağ”ın görüşlərinin vaxtı dəyişdirildi[/b]
19.08.2014 - 14:23
[b]“Neftçi” və “Qarabağ”ın görüşlərinin vaxtı dəyişdirildi[/b]

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Neftçi” klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən onların III turdakı matçlarının vaxtı dəyişdirilib.

 

Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib. Belə ki, “Araz Naxçıvan” – “Qarabağ” qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – “Neftçi” görüşü isə avqustun 25-də baş tutacaq.

 

Mənbə: pfl.az