Avropa Liqasının “Partizan”la Serbiyadakı oyunu “Neftçi”nin düşərgəsində bir sıra yubileylərlə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Bakı klubu avrokuboklarda 15-ci qələbəsini qazana bilər.
Bunun üçün paytaxt təmsilçisinin səfərdəki qələbə seriyasını 3-ə çatdırması kifayətdir. Bundan əvvəlki qarşılaşmalarda Sloveniyada “Koper”i 2:1, Gürcüstanda “Çixura”nı 3:2 hesabı ilə yenən Böyükağa Hacıyevin baş məşqçisi olduğu indiyədək qitə miqyaslı turnirlərdə 14 qələbə qazanıb.
“Neftçi” kimi müdafiəçi Elvin Yunuszadə də “15”ə çata bilər. Bunun üçün onun meydana çıxması lazımdır. Belə olsa, arxa xətt oyunçusu avrokuboklarda 15-ci matçın iştirakçısı olacaq. Samir Məsimov isə qitə miqyaslı turnirlərdə 5-ci görüşünə çıxmış olacaq.
Həm o, həm də Cavid İmamverdiyev Avropa Liqasında 5-ci, Saşa Stamenkoviç isə bu turnirdə 10-cu matçda oynayacaq.