“Neftçi” Azərbaycan futbolunda tarixi olan komandadı. Belə bir komanda ilə oynamaq bizə çox maraqlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Volın” klubunun baş məşqçisi Vitali Kvartsyani deyib.
Yoxlama görüşü çərçivəsində “Neftçi”yə 3:4 hesablı məğlubiyyətdən sonra “ağ-qaralar”ın saytına danışan təcrübəli məşqçi maraqlı fikirlər səsləndirib. O, “Neftçi”nin layiqli qələbə qazandığını bildirib: “Neftçi” çox yaxşı, texnikalı və cəld komandadı. İlk hissədə dərhal 2 top buraxdıq və toparlana bilmədik. Təlim-məşq toplanışında inkişafımız üçün yaxşı oyun oldu. Səhvlərimizi gördük. Hücumameyilli futbolçularınız bizi çoxlu səhvlər etməyə məcbur etdilər. “Neftçi” çoxlu qol imkanları yaratdı. Biz isə hücumda qərar qəbul etməkdə çətinlik çəkirdik. “Neftçi” xarakter göstərdi. Bizim komanda isə bunu bacarmadı və dağıldı. Hesab qanunauyğun oldu”.
Qeyd edək ki, “Neftçi” əvvəlki yoxlama oyunlarında Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə qarşılaşıb.