[b]“Neftçi”də yeni braziliyalı futbolçu[/b]
22.09.2015 - 16:35
[b]“Neftçi”də yeni braziliyalı futbolçu[/b]

“Neftçi” daha bir keçidi rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı futbolçu Jairo Rodriges Filyo paytaxt klubu ilə anlaşıb.

 

Bir müddət komandada baxışda olmuş müdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Anlaşmaya əsasən, 23 yaşlı futbolçu ilin sonuna qədər “Neftçi”nin şərəfini qoruyacaq. O, yeni komandasında 3 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo indiyə qədər Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.