“Neftçi”dən 2- ci məğlubiyyət
23.01.2015 - 09:00
Antalya hazırlığını davam etdirən “Neftçi”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Rusiyanın “Rubin-2” klubu ilə qarşılaşıb.
Görüş bakılıların 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu da komandanın ardıcıl ikinci məğlubiyyətidir.
Qeyd edək ki, “Neftçi” ilk oyununda Braziliyanın “Sao Karlos” klubu ilə üz-üzə gəlmişdi – 1:3.
0
0