“Neftçi”dən cavab gözləyirəm”
27.05.2014 - 11:45
“Neftçi” ilə müqaviləmin müddəti bitib. Bununla belə, kluba qayıda bilərəm”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” ilə müqaviləsi başa çatan fiziki-hazırlıq üzrə ispaniyalı məşqçi Ruben Selyes deyib.
O, yenidən ölkəmizdə çalışa biləcəyini istisna etməyib: “Hazırda İspaniyadayam. Sizə dəqiq deyə bilmərəm ki, məni Azərbaycana qayıdacağam. Hazırda “Neftçi”dən cavab gözləyirəm. Ola bilər ki, yenidən geri dönüb, işimi davam etdirim. Bu klub rəsmilərinin verəcəyi cavabdan asılıdır. Ölkənizə qayıtmaya da bilərəm”.
0
0