“Neftçi”dən çətin qələbə, “Qarabağ” xal itirdi
31.08.2014 - 21:29
“Neftçi”dən çətin qələbə, “Qarabağ” xal itirdi

Bu gün Topaz Premyer Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi keçirilən tur 2 qarşılaşma ilə başa çatıb.

 

Avropa Liqasının pley-off mərhələsində oynayan “Neftçi” və “Qarabağ” turun son oyunlarını evdə keçirsə də, doğma stadionlarında oynaya bilməyib. “Neftçi” ev oyunlarını keçirdiyi “Bakcell Arena”dan kənarda da qalib gələ bilib. İlk iki turu itkisiz keçən “Simurq”u qəbul edən bakılılar bu matçda çətinliklə 3 xal əldə edib – 2:1.

 

“Qarabağ” isə “Bakı” ilə görüşüb. Bu oyun “İnter”ə məxsus stadionda keçirilib. Aparıcı oyunçularının çoxuna istirahət verən son çempion məğlubiyyətdən sonda ayxa qurtarıb. Ağdamlıları yenə Muarem Muarem xilas edib. “Tvente” ilə Avroliqa matçındakı kimi yenə makedoniyalı bərabərlik qolunun müəllifi olub.

 

31 avqust (bazar)

“Neftçi” – “Simurq” – 2:1

Qollar: Araz Abdullayev, 2; Julius Vobay, 47 - Karlos Kardoso, 54 (öz qapısına) 
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Qarabağ” – “Bakı” – 2:2

Qollar: Çumbinyo, 32-p., Muarem Muarem, 84 - Nurlan Novruzov, 66, Yure Travner, 70

Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov

“İnter Arena” stadionu

N

  Klublar

O

Q

H

M

T-F

X

1

  Sumqayıt

4

3

0

1

6-5

9

2

  İnter

4

2

1

1

9-2

7

3

  Neftçi

3

2

0

1

3-4

6

4

  Simurq

3

2

0

1

5-2

6

5

  Qəbələ

4

2

0

2

4-6

6

6

  AZAL

3

1

1

1

3-4

4

7

  Xəzər L

4

1

1

2

2-4

4

8

  Araz N

3

1

0

2

3-2

3

9

  Qarabağ

3

0

2

1

2-5

2

10

  Bakı

3

0

1

2

2-5

1