Avropa Liqasının I təsnifat mərhələsinin cacvab oyunları çərçivəsində keçirilən “Mladost” (Monteneqro) - “Neftçi” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Podqoritsa şəhərində baş tutan qarşılaşmada komandaların göstəricilərini hesablayıb.
“Neftçi” 1:1 hesabı ilə başa çatan matçda rəqibindən üstün oyun göstərib. Qapı istiqamətində zərbələrdə 2 dəfədən artıq üstünlük qazanan bakılılar “çərçivə”yə düşməkdə çətinlik çəkib. Qeyri-dəqiqlik nümayiş etdirən “ağ-qaralar”ın hər 4 zərbəsindən yalnız biri hədəfə doğru gedib.
|
|
Mladost |
Neftçi |
|
Qollar |
1 |
1 |
|
Zərbələr |
7 |
16 |
|
Çərçivəyə zərbələr |
3 |
4 |
|
Qeyri-dəqiq zərbələr |
4 |
9 |
|
Dəf olunan zərbələr |
0 |
3 |
|
Dirək və tir |
0 |
1 |
|
Künc zərbələri |
3 |
4 |
|
Oyundankənar vəziyyətlər |
4 |
1 |
|
Sarı vərəqələr |
3 |
4 |
|
Qırmızı vərəqələr |
1 |
2 |
|
Qayda pozuntuları |
14 |
13 |
|
Qatda pozuntusuna məruz qalma |
13 |
14 |