“Neftçi”nin 5 futbolçusu “Qarabağ”la oyunu buraxacaq
05.12.2014 - 14:05
“Neftçi”nin 5 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Topaz Premyer Liqasının XV turunda əzəli rəqibi “Qarabağ”la qarşılaşacaq “Neftçi” oyuna hazırlığı ciddi itkilərlə davam etdirir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Arif Əsədov bu görüşdə 5 futbolçunun xidmətindən yararlana bilməyəcək.

 

“Ayntraxt”ın düşərgəsində olan Emil Balayevlə yanaşı, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəza səbəbindən qarşıdakı turu buraxacaqlar. Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la oyundan zədələnən əcnəbi futbolçular Julius Vobay və Kaue da Silvadan da bəd xəbər gəlib. Belə ki, hələ də fərdi məşqlərlə kifayətlənən Vobayla Kauenin “Qarabağ”la görüşü buraxacağı dəqiqləşib.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.