Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoldaşlıq oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, "ağ-qaralar"ın rəqibi Türkiyə Superliqasının lideri "Fənərbaxça" olub. Antalyadakı "Mardan" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.
Xatırladaq ki, Böyükağa Hacıyevin komandası Antalyadakı ilk sınaq matçında Albaniyanın "Partizani" klubuna 2:0 hesabıyla qalib gəlmişdi.
18 yanvar
"Fənərbaxça" - "Neftçi" - 0:0 (0:0)
"Fənərbaxça": Volkan Dəmirəl, Hasan Ali Kaldırım, Egemen Qorxmaz, Bruno Alveş, Gökhan Gönül, Selçuk Şahin, Raul Meyreleş, Kristian Baroni, Dirk Kuyt, Mussa Sou, Vebo
"Neftçi": Saşa Stamenkoviç, Mahir Şükürov, Elvin Yunuszadə, Karlos Kardozo, Bruno Bertuççi, Erik Ramos, Denis Silva , Flavinyo, Araz Abdullayev, Rəşad Sadiqov (k), Melvin Platye