Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter”lə keçiriləcək qarşılaşmaya hazırlaşan “Neftçi”də ciddi problemlər mövcuddu. Apasport.az saytının məlumatına görə, “flaqman” yerli futbolçu sarıdan əziyyət çəkir.
Məsələ burasındadı ki, paytaxt klubunun 3 yerli oyunçusu “İnter”lə sabahkı qarşılaşmanı buraxacaq. Ayağında çat aşkarlanan Emin Mehdiyev bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bundan əlavə, Məqsəd İsayev sarı vərəqə limitini doldurduğu, Elnur Allahverdiyev isə diskvalifikasiya müddəti davam etdiyi üçün paytaxt derbisində iştirak etməyəcək. Syerra-leoneli yarımmüdafiəçi Julius Vobayın iştirakı isə sual altındadı.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah 17:00-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı