“Volın”la görüş təkcə mənim üçün yox, ümumilikdə komanda üçün uğurlu alındı. Matçda sürət var idi, yaxşı oynadıq. Sevinirəm ki, qələbə qazana bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Ruslan Qurbanov deyib.
“Volın”la yoxlama oyununda komandasının qələbə qollarından birinə imza atan Qurbanov klubun rəsmi saytına açıqlamasında çempionata hazır olduqlarını bildirib: “Cəmi 1 hazırlıq oyunumuz qalır. Sonra çempionat matçına hazırlıq başlayır. Gündən-günə ideal formanı yığırıq. Ümid edirəm ki, mövsümün ikinci hissəsinə yaxşı başlayacağıq. Özümüzü yaxşı tərəfdən göstərəcəyik”.