“Neftçi”nin futbolçusu Elvin Yunuszadə mövsümün antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, yığmamızın müdafiəçisi Topaz Premyer Liqasının XXXVI turunun “Simurq”la oyununda mövsümdə 3-cü qırmızı vərəqəsini alıb.
Bunadək Elvin III və XVIII turlarda da meydandan qovulmuşdu. Onun kimi “Simurq”u son tura kapitan kimi çıxaran İlkin Qırtımov da 3 qırmızı vərəqə alıb. O isə VIII, XXV və XXXIV turlarda belə ağır cəza almışdı. Elvin 20, İlkin 28 qarşılaşmada bu qədər cəza alıb.
Daha 4 futbolçu isə mövsümdə 2 dəfə qırmızı vərəqə alıb. Ruslan Qurbanov “Sumqayıt”, Mişel Balakoq “Rəvan”, Vurğun Hüseynov “Sumqayıt”, Ağabala Ramazanov “Xəzər Lənkəran”ın heyətində 2 dəfə qovulub.
Qeyd edək ki, mövsüm ərzində 48 futbolçu qırmızı vərəqə alıb.