“Qəbələ”nin heyətində yaxşı futbolçular var. Mən daha çox öz oyunumu fikirləşirəm. Hücuma getməyim vəziyyətdən asılıdır. Mənim işim ilk növbədə müdafiədə etibarlı oynamaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kardoso deyib.
O, sabah keçiriləcək ölkə kubokunun final görüşü öncəsi mətbuat konfransında fikirlərini bildirib. Kardoso son vaxtlar adının mübahisələrdə hallanmasına aydınlıq gətirməyə çalışıb: “İlk qırmızı vərəqəni Azərbaycanda almışam. Braziliyadan başqa, Azərbaycan oynadığım 3-cü ölkədədir. Rumıniyada 100-dən çox oyun keçirmişəm. “Xəzər Lənkəran”a qarşı isə bilirsiniz ki, həmişə stress altında oynamışıq. Fiziki hazırlıq üzrə məşqçimiz Ruben Selyeslə münaqişəmizə gəlincə, aramızda anlaşmazlıq olub. İspan və portuqal dilləri oxşar olsa da, eyni deyil. Dildə bir-birimizi anlamamışdıq və ona görə belə mübahisəmiz düşmüşdü. İndi isə hər şey qaydasındadır. Mən həyatda sakit adamam”.
[b]“Neftçi”nin futbolçusu məşqçisi ilə qalmaqala aydınlıq gətirdi [/b]
21.05.2014 - 17:10
0
0