“Neftçi”nin futbolçusunun cəzası yüngülləşdirildi
15.08.2014 - 12:27
“Neftçi”nin futbolçusunun cəzası yüngülləşdirildi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Neftçi”nin Elvin Yunuszadə ilə bağlı müraciətə baxılıb.

 

Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin futbolçu barədə çıxardığı  qərar qismən dəyişdirilsin. Əvvəl 4 oyunluq cəzalanan Yunuszadənin cəzası yarıyadək azaldılıb.

 

Müdafiəçi digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.