“Neftçi”nin futbolçusunun təsəllisi: Təlim-məşq toplanışında məğlub olmadıq
01.08.2015 - 09:27
“Neftçi”nin futbolçusunun təsəllisi: Təlim-məşq toplanışında məğlub olmadıq

“Antalyaspor” yaxşı futbolçulardan təşkil olunmuş komandadı. Bu rəqiblə oyun çox gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli “Antalyaspor” klubu ilə yoxlama oyunundan (2:0) sonra deyib.

 

Əsas heyətdə ilk qolunu vuran hücumameylli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, Premyer Liqada da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar: “Təlim-məşq toplanışını qələbə ilə başa vurmaq istəyirdik. Çox şükür, buna nail olduq. Şadam ki, əsas heyətdə ilk qolumu vurdum. Buna görə Allaha təşəkkürümü bildirirəm. Amma əsas odur ki, təlim-məşq toplanışında məğlub olmadıq. İnşallah, çempionatda daha da yaxşı nəticələrlə öz sözümüzü deyəcəyik”.