“Neftçi”nin hücumçusu turun ən yaxşı oyunçusu oldu
10.03.2014 - 15:40
“Neftçi”nin hücumçusu turun ən yaxşı oyunçusu oldu
Topaz Premyer Liqasının XXV turunun rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, InStat Football şirkəti ənənəvi olaraq PFL-ə ötən turun statistik məlumatlarını təqdim edib.

Statistikaya əsasən ötun turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – İbrahim Şehiç (Qarabağ);
Müdafiəçilər – Bruno Bertuççi, Mahir Şükürov (hər ikisi “Neftçi”), Rəşad Sadıqov, Bədəvi Hüseynov (hər ikisi “Qarabağ”);
Yarımmüdafiəçilər – Reynaldo Silva, Çumbinyo, Leroy Corc (hər üçü “Qarabağ”), Lorentso Ebesilio (Qəbələ);
Hücumçular – Bahadur Nəsimov (Neftçi), Miloş Adamoviç (Rəvan).

Qeyd edək ki, turun ən yaxşı oyunçusu isə “Qəbələ” ilə oyunda dubl etmiş “Neftçi”nin özbəkistanlı hücumçusu Bahadur Nəsimov olub.