“Neftçi”nin ilk oyununun başlanma saatı açıqlandı
13.01.2015 - 16:27
“Neftçi”nin ilk oyununun başlanma saatı açıqlandı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” artıq yoxlama görüşü keçirməyə hazırlaşır. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu sabah ilk yoxlama matçına çıxacaq.

 

Baş məşqçi Arif Əsədov yetirmələrini Səudiyyə Ərəbistanı təmsilçisi “Hajer”lə qarşılaşmada sınaqdan keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” Antalyada olduğu müddətdə “Fulad” (17 yanvar), “Guiju Rehne” (20 yanvar), “Volın” (21 yanvar) və “Dinamo” (Moskva. 23 yanvar) ildə də yoxlama görüşündə üz-üzə gələcək.