“Neftçi”nin istədiyi qapıçı Rumıniya klubunda
21.11.2015 - 11:37
Ukraynanın “Olimpik” klubunun futbolçusu İqor Litovka gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisindən ayrılan qapıçı Rumıniyanın “Volunteri” klubuna keçib.
Azərbaycan, Moldova və Rumıniya variantları arasında seçim etməli olan 27 yaşlı futbolçu sonunculara üstünlük verib. Bakının “Neftçi” və Moldovanın “Şerif” klublarının da heyətində qatmaq istədiyi Litovka qərarını Rumıniyanın yüksək liqasında oynamaq istəyi ilə izah edib.
0
0