“Neftçi”nin oyununun yeri dəyişdirildi
28.08.2014 - 11:03
“Neftçi”nin oyununun yeri dəyişdirildi

Topaz Premyer Liqasının IV turunun “Neftçi” – “Simurq” oyununun keçirilmə yeri və başlama saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, avqustun 31-də baş tutacaq matç “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

 

Bu görüş saat 18:00-da başlayacaq. Öncədən qarşılaşmanın 19:25-də başlaması planlaşdırılmışdı.

 

Topaz Premyer Liqası

IV tur

31 avqust (bazar)

18:00. “Neftçi” – “Simurq”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

Mənbə: pfl.az