[b]“Neftçi”nin sonuncu matçı, çempionun Lənkəran sınağı[/b]
16.12.2014 - 13:00
[b]“Neftçi”nin sonuncu matçı, çempionun Lənkəran sınağı[/b]

Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, “Simurq”un istirahətdə olduğu tur iki gün davam edəcək.

 

İlk oyun günündə “Bakı” və AZAL üz-üzə gələcək. Autsayderlərin paytaxt derbisində meydan sahibləri son sıradan qurtulmaq, “təyyarəçilər” isə mövqeyini yaxşılaşdırmağa çalışacaqlar. 6 turdu qalib gəlməyən “Bakı” son 8 matçda qol buraxan AZAL-la görüşdə seriyaya son qoymaq əzmindədi.

 

Ertəsi gün autsayderlər qrupunun digər sakini “Sumqayıt” isə turnir cədvəlindəki qonşusu “Qəbələ”ni qəbul edəcək. Tarixində yalnız 1 dəfə rəqibindən xal alan “Gənclik şəhəri” təmsilçisi ötən tur “Qarabağ”ı dayandıran rəqibini 2 və daha çox top fərqilə məğlub etsə, 1 pillə irəliləmək imkanı qazanacaq. Qonaqlar isə 2 pillə də irəliləmək imkanına malikdi.

 

Son çempion “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Son turun uğursuzları Lənkəranda görüşəcək. Qısa fasilədən sonra ev oyununu doğma məkanda keçirəcək Oğuz Çətinin yetirmələri bu il 2 dəfə məğlub etdiyi “Qarabağ”ı yenə büdrətməyə çalışacaq. Son turda “Bakı” ilə qolsuz heç-heçə edən cənubluların qələbəsi lideri taxtdan sala bilər.

 

Çünki ağdamlılar uduzsa, “İnter” – “Neftçi” görüşünün qalibi zirvəyə yüksələcək. Paytaxt derbisi öncəsi hər iki komanda məğlubiyyətsiz oyunları sıralayır. “Bankirlər” 10, “ağ-qaralar” isə 4 turdu yenilmir. Bu görüş “Neftçi” üçün 2014-cü ildə son sınaq olacaq.

 

Belə ki, bakılılar XVIII turda istirahət edəcəyindən onlar üçün qış fasiləsi “İnter”lə görüşün ardından başlayacaq.

 

XVII tur

17 dekabr (çərşənbə)

14:00. “Bakı” – AZAL

I dövrədəki oyun – 1:0

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

18 dekabr (cümə axşamı)

15:00. “Sumqayıt” – “Qəbələ”
I dövrədəki oyun – 1:3

“Kapital Bank Arena”
 

17:00. “Xəzər Lənkəran” – “Qarabağ”
I dövrədəki oyun – 2:3

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “İnter” – “Neftçi” 
I dövrədəki oyun – 0:0

“İnter Arena”

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

14

8

4

2

24-15

28

2

Neftçi

14

7

5

2

18-10

26

3

İnter

14

6

7

1

23-5

25

4

Xəzər L

14

5

4

5

19-16

19

5

Simurq

15

5

3

7

20-20

18

6

Qəbələ

14

4

5

5

17-22

17

7

Sumqayıt

14

4

2

8

18-24

14

8

AZAL

13

3

4

6

14-23

13

9

Bakı

14

2

4

8

10-28

10

 

Bombardir: Mikel Alvaro (“İnter”) - 8