“Neymar Messidən çox şey öyrənməlidir”
26.03.2014 - 02:52
“Neymar Messidən çox şey öyrənməlidir”

 

Əfsanəvi braziliyalı futbolçu, 1994-cü il dünya çempionu Romario həmyerlisi Neymara uğur arzulayıb və onun tezliklə yenidən qol vuracağına əmin olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, Neymar sonuncu dəfə rəqib qapısını 1 ay əvvəl dəqiq nişan ala bilib.

 

Romario bildirib ki, hər bir oyunçunun yaxşı və pis dövrləri olur: “Bu təkcə Neymarın başına gəlmir. Mən ona belə bir məsləhət verərdim: bütün şəxsi problemləri meydandan kənarda qoymaq lazımdır. Hazırda o, dünyanın ən yaxşı futbolçularından biri olan Lionel Messi ilə bir yerdə oynayır. Neymar ondan çox şeyi öyrənə bilər. Mən də öz dövrümün “Messisi” olmuşam və başqa oyunçular məndən çox şeyi öyrənmək istəyirdilər. Əminəm ki, onun karyerası uğurlu olacaq və Neymar braziliyalı azarkeşlərə xoş dəqiqələr bəxş edəcək”.

 

 

0