“Noyer “Qızıl top”a layiq deyil”
03.12.2014 - 19:33
“Noyer “Qızıl top”a layiq deyil”

“Spartak” və SSRİ yığmasının sabiq qapıçısı Rinat Dasayev “Qızıl top” mükafatına namizədlərlə bağlı maraqlı fikir bildirib. Apasport.az-ın məlumatına görə, o, “Bavariya” və Almaniya millisinin qapısını qoruyan Manuel Noyerin “Qızıl top”a layiq olmadığını düşünür.

 

İspaniyanın EFE agentliyi Dasayevin sözlərini belə təqdim edib: “Noyer yaxşı qapıçıdı. Amma o, dünyanın ən yaxşı futbolçusu kimi çıxış etməyib. Əminəm ki, Lev Yaşin “Qızıl top”a layiq idi, hərçənd qapıçı üçün bu mükafatı qazanmaq çox çətindi. Meydan oyunçuları daha yaxşı gözə girir. Xüsusilə də, çox qol vuranlar”.

Qeyd edək ki, bu mükafatı qazanan yeganə qapıçı 1963-cü ildə qalib olmuş Moskva “Dinamo”su və SSRİ yığmasının keçmiş qolkiperi Lev Yaşindi.