“O, inanılmaz futbolçudu”
12.02.2015 - 00:14
“O, inanılmaz futbolçudu”

“Messi “Barselona”da karyerası ərzində sübut edir ki, o, başqa səviyyədədi. Siz sadəcə məni Lionellə müqayisə edə bilmirsiniz. O, yüksək surətlə inkişaf etdi. Ona praktik olaraq çatmaq mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçisi Mario Qötze deyib.

 

Almaniya millisinin üzvü yerli mətbuata “Barselona”nın hücumçusu Lionel Messi haqda danışıb. Qötze açıqlamasında argentinalı futbolçunu tərifləyib: “Bu, xüsusi nədirsə, sadəcə inanılmaz futbolçudu. Mən Yoahim Lövin sözlərini tez-tez xatırlayıram. O, mənə DÇ-2014-də dedi ki, meydana gir və bütün dünyaya sübut et ki, sən Messidən daha yaxşısan və mən inanıram ki, bu həqiqətən də belədi. Çünki baş məşqçimiz mənə güvəndi və mən də onun etibarını “yerə” vurmadım. Qvardiola məni Messinin səviyyəsinə yüksəldə bilərmi? Bu çox gözəl olardı, amma mən artıq dediyim kimi, o, yüksək surətlə inkişaf etdi. Leonun səviyəsinə çatmaq çatmaq olar. Lakin stabil olaraq bu səviyyədə çıxış etmək çətin olacaq. Əlbəttə, mən öz oyunumu yaxşılaşdırmaq üçün üzərimdə işləyirəm”.

 

Qeyd edək ki, DÇ-2014-ün finalında Almaniya yığması Argentina millisi ilə üz-üzə gəlib. Mario Qötze matç əlavə edilmiş dəqiqələrdə hesabı açıb və onun vurduğu yeganə qol komandasını dünya çempionu edib.