Mafiyanın qaçırdığı futbolçu xilas oldu
30.05.2016 - 12:03
Mafiyanın qaçırdığı futbolçu xilas oldu

“Olimpiakos”un futbolçusu Alan Pulido qaçırılıb. Apasport.az saytının məlumatına görə, meksikalı futbolçudan uzun müddət idi ki, xəbər almaq mümkün olmurdu.

 

Futbolçunun yaxınlarına telefon zəngi gəlib və 25 yaşlı oyunçunun mafiya tərəfindən qaçırıldığı bildirilib. Yerli hüquq-mühafizə orqanları dərhal hadisənin istintaqına başlayıb.

 

Araşdırma nəticəsində məlum olub ki, Pulido ölkəsi Meksikada qaçırılıb. Hadisə hücumçunun sevgilisi ilə birlikdə gecə klubuna getdityi Tamaupalis şəhərində baş verib. Maskalı şəxslər tərəfindən qaçırılan "Olimpiakos"un oyunçusunun izini tapan yerli polis bu gün səhər onu xilas etməyə müvəffəq olub. 

 

Qeyd edək ki, Pulido ötən mövsüm “Olimpiakos”un heyətində 16 matça çıxıb. O, 6 dəfə rəqib qapıçıları məyus edib, 3 dəfə isə komanda yoldaşlarına məhsuldar ötürmə verib. 

0