“Ona Berti Foqts köməklik etdi”
13.03.2014 - 19:04
“Ona Berti Foqts köməklik etdi”

“UEFA Kubokunun püşkatması özünə KİV və futzal mütəxəssisləri tərəfindən ciddi diqqət cəlb etmişdi. Düzü, mən bu qədər sayda adam görəcəyimi gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Kayrat”ın vitse-prezidenti Adil Şərifqulov deyib.

 

Dünənki püşkatma mərasimində iştirak edən Şərifqulov mərasimin gedişatı haqqında müsahibə verib: “Belə demək olar ki, Bakıdakı gələcək turnirə maraq var. Püşkün özünü UEFA nümayəndəsi Maykl Zaltser keçirdi, ona bunda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts köməklik etdi. O bizə Moskva “Dinamo”sunu çıxardı. Mənim fikrimcə, bu, UEFA Kubokunun tarixində ən güclü yarımfinal olacaq...”

 

O, yarımfinalda “Araz” düşmək istədiklərini də etiraf edib: “Biz meydan sahibləri ilə düşmək istəyirdik. 2009-cu ildəki məğlubiyyətin əvəzini çıxmaq olardı. Ümumiyyətlə Alesioya qarşı oynamaq çox maraqlıdır. Onun bütün komandaları istər Azərbaycan yığması, istərsə də “Araz” çox maraqlı futzal oynayır. Düzdür, onlarda “Dördlər finalı”nda çıxış təcrübəsi zəngin deyil. Ancaq fikrimcə, ev oyunlarına onlar hazırlıqlı olacaq”.

 

0