“Ona görə də nəticə vacibdi”
03.12.2014 - 20:25
“Ona görə də nəticə vacibdi”

“Mərhələnin taleyi bir oyunla həll olunur”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Simurq”un baş məşqçisi Georgi Çixradzeyə məxsusdu.

 

Gürcüstanlı çalışdırıcı komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Rəvan” üzərində darmadağınlı qələbəsindən (6:0) danışıb: “Ona görə də nəticə vacibdi. Biz bu gün yaxşı oyun sərgilədik və qollar vurduq. Qələbə münasibəti ilə futbolçuları və azarkeşlərimizi təbrik edirəm, onlara təşəkkür edirəm”.

 

“Rəvan”ın baş məşqçisi Ramil Əliyev də böyükhesabla məğlub olmalarına şərh verib: “Simurq” Premyer Liqada çox yaxşı çıxış edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdu. Premyer Liqa ilə I divizion arasında böyük uçurum var. Səviyyə fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.