“Onlar bu kuboka layiq idi”
05.12.2014 - 09:44
“Onlar bu kuboka layiq idi”

“Qazaxıstan millisi “Tashkent Cu-2014” turnirində layiqli qələbə qazandı. Onlar 1-ci yeri turnirin son matçından öncə təmin etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev deyib.

 

Futbol veteranı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tashkent Cu-2014” beynəlxalq futzal turnirinin nəticələrini dəyərləndirib. Xudiyev Qazaxıstan mətbuatına açıqlamasında Azərbaycan yığmasının 2-ci olmasını da şərh edib: “Özbəkistanla son oyunumuz yalnız ikinci yerin taleyinə aydınlıq gətirə bilərdi. Qazaxıstan isə güclü idi və onlar bu kuboka layiq idi. Bu yığmanın çox güclü məşqçilər korpusu və yüksək potensiala malik oyunçuları var. Turnirin Avropa çempionatının seçmə mərhələsi öncəsi olması bütün komandalara gənc oyunçularını sınamaq imkanı verdi. Turnir yoldaşlıq xarakteri daşıdığından komandalar təcrübə mübadiləsi apardılar. Bu da qarşıdakı çıxışlarımıza müsbət təsir edə bilər”.

 

Qeyd edək ki, Daşkənddəki turnirdə Azərbaycan millisi 2 qələbə qazanıb və 1 məğlubiyyət alıb.