“Komandamızın heyətində olan zədəli braziliyalı futbolçular da sabahkı qarşılaşmanın vacibliyini dərk edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.
Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin “İnter”lə sabah Bakıda keçiriləcək oyunu öncəsi baş tutan mətbuat konfransına qatılıb. Cənubi amerikalı zədə üzündən İtaliya təmsilçisinə qarşı oynaya bilməyəcək həmyerliləri Reynaldo və Çimbinyonun onlara mənəvi dəstək olduğunu qeyd edib: “Onların komandaya çox köməyi dəyib. Amma “İnter”lə qarşılaşmada kömək edə bilməyəcəklər. Bir yerdə söhbət edirik, dəstək olurlar”.
Almeyda həmyerliləri kimi çılğın olmadığını, amma sabahkı matçda da var qüvvəsi ilə oynayacağını da bildirib: “Mən meydanda olanda bütün gücümü qoyuram ki, komandam qalib gəlsin. Sabah da elə olacaq. "İnter"i udmaq üçün əlimdən gələni edəcəm. Amma mən o qədər də çılğın deyiləm".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı