“Onların heyətində yaxşı gənc oyunçular var”
03.12.2014 - 16:02
“Onların heyətində yaxşı gənc oyunçular var”

“Öz komandam barədə geniş danışmaq istəmirəm. “Qaradağ Lökbatan”ın oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

44 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunundakı 3:0 hesablı qələbəyə qısa şərh verib. Onun rəqib komandadan olan həmkarı Adil Mahmudov isə “Neftçi”nin kubok qazanacağından danışıb: “Kubok oyununa köklənmək tam başqadır.  Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.  
 

Mənbə: pfl.az