“Əsas heyətin üzvü olan İvo Taborskinin Bakı “İnter”indən aldığı təklif çox sərfəli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Teplitse” klubunun direktoru Frantişek Hrdliçka deyib.
Bakı “İnter”inə keçən İvo Taborskinin transferi haqda danışan Hrdliçka bu keçidin komandasına da maddi cəhətdən faydalı olduğunu bildirib: “Futbolçu məşqçi ilə məsləhətləşdikdən sonra yanıma gəldi. İvo getmək istədiyini, bunun üçün onu buraxmağımızı xahiş etdi. Bizim də klubda müqaviləsi olan futbolçuların sayı çoxdur. Bu üzdən Taborskinin xaricdən aldığı təklifi dəyərləndirməsinə imkan yaratdıq”.
Qeyd edək ki, İvo Topaz Premyer Liqasının XX turunda “İnter”in heyətində debüt edib.