“Arsenal”ın baş məşqçisi Arsen Venger komandanın aparıcı oyunçularından olan Məsut Özili tərifləyib. Apasport.az goal.com saytına istinadən xəbər verir ki, fransız çalışdırıcı türk əsilli futbolçu haqda müsbət fikirlər səsləndirib.
Venger qeyd edib ki, Özil həm fərdi cəhətdən istedadlıdı, həm də komanda oyunçusudu: “Məsutun hələ 27 yaşı var. Məhz bu yaşdan başlayaraq, futbolçular daha yaxşı oynayırlar və başa düşürlər ki, oynamaqla yanaşı, həm də qələbə qazanmaq lazımdı. Özil fantastik dərəcədə istedadlı futbolçudu. Bundan əlavə, həm də komanda oyunçusudu”.
Qeyd edək ki, 2013-cü ildən “Arsenal”ın formasını geyinən Özil “topçular”ın heyətində ümumilikdə 84 oyunda 14 qola imza atıb.