“Parma” Avropa Liqasına buraxılmadı
30.05.2014 - 04:34
İtaliyanın “Parma” futbol klubu Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, növbəti mövsüm avrokuboklarda oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, İtaliya klubu UEFA lisenziyasını ala bilməyib.
“Parma” Avropa Futbol İttifaqının qərarından Lozannadakı İdman Arbitraj Məhkəməsinə şikayət verib. Amma klubun apelyasiyası rədd edilib.
“Parma”nın yerini Avropa Liqasında lisenziya ilə bağlı heç bir problemi yaranmayan “Torino” tutacaq.
0
0