“Partizan” - “Neftçi” matçı türkiyəli hakimlərə tapşırıldı
14.08.2014 - 16:39
“Partizan” - “Neftçi” matçı türkiyəli hakimlərə tapşırıldı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibinin oyunu türkiyəli ədalət təmsilçilərinə tapşırılıb.

 

Avqustun 21-də baş tutacaq görüşü Hüseyin Göçek idarə edəcək. 38 yaşlı referi 2008-ci ildən FİFA hakimidir. Türkiyəli UEFA-nın 1-ci kateqoriyasına daxildir.

 

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

21 avqust

23:15. "Partizan" (Serbiya) - "Neftçi"

Baş hakim: Hüseyin Göcek

Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas

Dördüncü hakim: Süleyman Abay (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya)

Hakim-inspektor: Adrian D. Kaşa (Malta)

Belqrad. “Partizan” stadionu

 

 

Mənbə: affa.az