“Partizan” “Neftçi” ilə oyun öncəsi futbolçuların pullarını verir
20.08.2014 - 13:17
Avroliqanın pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu futbolçularının maaşının bir qismini bu gün verə bilər. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bu addımla sabah keçiriləcək “Neftçi” ilə oyun öncəsi futbolçularda ruh yüksəkliyinin olmasını istəyir.
Ümumiyyətlə, Serbiyanın gümüş mükafatçısının rəhbərliyi futbolçuları sakitləşdirmək üçün borcların avqustun sonuna kimi veriləcəyini bildirib.
Qeyd edək ki, 9 gün əvvəl “Partizan”lı futbolçular maaşları verilmədiyi üçün məşqə çıxmaqdan imtina etmişdilər.
0
0