“Partizan”da daha bir zədəli furbolçu
18.08.2014 - 08:47
Avropa Liqasının pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq Serbiya “Partizan”ı daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisinin daha bir üzvü zədə üzündən sıradan çıxıb.
Belə ki, Vladimir Volkov “Radniçki” ilə çempionat oyununun 1-ci hissəsində zədələndiyi üçün əvəzlənib. 28 yaşlı müdafiəçinin “Neftçi” ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadır. Buna futbolçunun müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Andrey Jivkoviç və Daniel Pantiç də zədəyə görə komandaya kömək edə bilmir.
0
0