“Partizan”ın baş məşqçisi Saşa Stamenkoviçin fikirlərinə münasibət bildirdi
21.08.2014 - 16:51
“Partizan”ın baş məşqçisi Saşa Stamenkoviçin fikirlərinə münasibət bildirdi

“Oyun zamanı əsəbi olmaq üçün heç bir əsas yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç deyib.

 

2 il əvvəl “Neftçi” ilə “Partizan”ın Bakı və Belqradda baş tutan görüşlərində komandaların futbolçuları arasında dava düşmüşdü. Onda “Srvena Zvezda”nın şərəfini qorumuş “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç “Partizan”lılar – Aleksandar Mitroviç və Nikola Ninkoviçlə dalaşmışdı.

 

Stamenkoviçin dünən Serbiya mətbuatına açıqlamasında tərəflərin peşəkar olduğunu və bu dəfə belə qalmaqal yaşanmayacağını bildirməsi Nikoliçin ürəyincə olub: “Stamenkoviç oyundan öncə düzgün açıqlama verib. 2 il əvvəlki ehtiraslar soyuyub. İndi onlar qarşıdurma yarada bilməz və yaratmamalıdır da. Ola bilər ki, bunun əlamətləri tribunalar və meydançada olsun. Ancaq hər kəs öz işini idman prinsipləri əsasında görsə, problem olmayacaq”.