“Partizan”ın məşqçisi: Qəsdən 4 futbolçuya istirahət vermişdik
25.08.2014 - 17:09
“Partizan”ın məşqçisi: Qəsdən 4 futbolçuya istirahət vermişdik

“Oyundan qabaq bizim 2 məqsədimiz vardı: çempionatda mübarizəni davam etdirərək ilk pillədə qalmaq, o cümlədən də cümə axşamı “Neftçi” ilə oyuna yaxşı hazırlaşmaq. Ona görə də biz qəsdən Nikola Drinçiç, Danko Lazoviç, Saşa İliç və Nikola Ninkoviçə istirahət vermişdik”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın məşqçisi Zvonko Varqa deyib.

 

“Partizan” Serbiya Superliqasının III turunun son görüşündə dünən “Donyi Srem”i 3:0 hesabı ilə məğlub edib. Belqradda keçirilmiş görüşlə bağlı 54 yaşlı çalışdırıcı fikirlərini bildirib. O, ilk hissədə pis oynamalarını belə izah edib: “Biz bir plan hazırlamışdıq. Ancaq o, ilk 30 dəqiqə ərzində işə yaramadı. Bütün gücümüzü qələbəyə sərf etdik. Məqsədimizə nail olmaq üçün kifayət qədər enerji xərclədik. Bu isə özünü 45-ci dəqiqədə göstərdi və qələbəyə doğru qapılar açıldı. İkinci hissədə daha yaxşı çıxış etdik”.

 

Nikola Ninkoviç “Neftçi” ilə oyundan sonra hesab 0:2 olarkən azarkeşlərin onun ünvanına təhqirlər işlətdiyini və həmin azarkeşlərin öyrədilmiş olduğunu bildirmişdi. Serbiyalı jurnalistlər Varqadan onun meydana buraxılmamasının səbəbinin bununla əlaqədar olduğunu öyrənməyə çalışıb: “Düzünə qalsa, onun 1-2 nəfərlə sözləşməsi olub. Fikrimcə, ondan fasilədə yararlanmaq olardı. Amma əlbəttə ki, o, “Neftçi” ilə matçın heyətində yer alacaq”.

 

Qeyd edək ki, 19 yaşı olan hücumameyilli yarımmüdafiəçi Nikola Ninkoviç 2 il əvvəl Bakıdakı görüşdə Saşa Stamenkoviçlə münaqişədə yaxından iştirak etmişdi.