“Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt”la səfər oyunu haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda “Qəbələ” bərabərlik qolunu penaltidən vurub.”
Mənbə: pfl.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı