“Prosineçki “al, forma sənindi” dedi”
12.01.2015 - 15:35
“Prosineçki “al, forma sənindi” dedi”

“Prosineçki çox dəyər verdiyim insandı. Futbol karyeramda mənə ilk güvənən o oldu”. Bu sözləri Türkiyənin “Erciyesspor” klubunun qapıçısı Gökhan Dəyirmənci deyib.

 

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Kayserispor”u çalışdıranda bu komandanın qapıçılarından biri də məhz Dəyirmənci olub. Yerli mətbuata müsahibə verən 25 yaşlı qolkiper keçmiş məşqçisini unutmayıb: “Həyatımda ilk dəfə bir insan mənə heç nədən forma şansı verdi. Heç gözləmədiyim bir anda “al, forma sənindi” dedi. Bu səbəbdən də mənim qəlbimdə onun önəmli yeri var. Birinci dövrədə Prosineçkinin rəhbərliyi altında 9 oyuna çıxmışdım. Ondan sonra gələn məşqçi digər qapıçıya şans verməyə başladı”.

 

Qeyd edək ki, Robert Prosineçki 2012-13 mövsümündə “Kayserispor”u çalışdırıb.