“Maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus yığmasının baş məşqçisi Aleksey Verqeyenko deyib.
O, Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində millimizə uduzmalarına şərh verib: “Bundan əvvəl keçirdiyimiz oyunda Rusiya yığmasına böyük hesabla uduzmuşduq. Buna görə də psixoloji cəhətdən komandada vəziyyət yaxşı deyildi. Bacardığımız qədər futbolçuları oyuna kökləməyə çalışdıq. Penati seriyasından əvvəl qapıçı dəyişikliyi etməyim psixoloji amillə bağlı idi”.
affa.az